İsmayıllıda avtoqəzada bir nəfər öldü, 7 nəfər xəsarət aldı
İsmayıllıda sərnişin mikroavtobusu qəzaya düşüb, bir nəfər ölüb, 7 nəfər xəsarət alıb
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşurutu üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı "VAZ 21099"un sürücüsü, 1979-ci il təvəllüdlü Malik Neyman oğlu Kərimov hadisə yerində ölüb, 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-nin xilasediciləri, təcili tibbi yardım stansiyasının işçiləri və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.