İsmayıllıda evdən oğurluq edən şəxslər yaxalandı

İsmayıllıda evdən oğurluq edən şəxslər saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Anastasiya Şevçenko Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə evindən qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.

 

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məlum olub ki, evdən 860 manat dəyərində qızıl-zinət əşyaları, 124 manat pul və müxtəlif medallar oğurlanıb.

 

Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb.

 

Törətdikləri əməli etiraf edən saxlanılan şəxslər qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında satdıqlarını bildiriblər:

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv