İsmayıllıda evlərdən oğurluq edən şəxs tutuldu

İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə Lahıc qəsəbəsində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat daxil olub.

 

Hadisə yerinə baxış zamanı evdən 1350 manat dəyərində müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb.

 

Araşdırma zamanı onun Lahıcda yerləşən, sahiblərinin evdə olmadığı daha 2 evə qanunsuz daxil olaraq, həmin yerlərdən ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub.

 

Saxlanılan şəxs həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq əldə etdiyi pulu xərclədiyini bildirib:

 

Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv