İsmayıllıda göldə batan gəncin meyiti tapılıb
İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlu bu gün axşam saatlarında göldə çimərkən ehtiyatsızlıq edib və suda batıb.
Onun meyiti axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.