İsmayıllıda koronavirus xəstəsi və karantin qaydalarını pozan ustalar cərimələndi

İsmayıllıda koronavirus infeksiyasına yoluxan rayon sakini yaşadığı evi tərk edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib,  karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.

 

Lakin buna baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

 

Polis əməkdaşları tərəfindən Mayıl Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

 

Onun  barəsində cinayət işi başlanılıb.

 

Bundan əlavə, iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, ustalar-Hikmət Salehov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv