İsmayıllıda narkotik alverçisi yaxalandı
İsmayıllıda narkotik alverçisi tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Tural Bəkirov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman 33 ədəd kağız bükümlərdə satış məqsədilə saxladığı heroin, elektron tərəzi və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Şahnəzər Bəşirov
APA TV