İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı
İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Əzimovun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə metamfetamin, 0,330 qram çəkidə heroin və 0,72 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Şahnəzər Bəşirov
APA TV