İsmayıllıda narkotik yetişdirən Balakən sakini yaxalandı

İsmayıllıda narkotik yetişdirən Balakən sakini saxlanılıb.


APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov tutulub.

 

Onun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılaraq, istintaq aparılır.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv