İsmayıllıda qanunsuz balıq ovlayan şəxslər cərimələndi
İsmayıllıda qanunsuz balıq ovlayan şəxslər cərimələnib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldə balıq ovlayan Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəlini saxlayıblar.
Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.
Şahnəzər Bəşirov
APA TV