İsmayıllıda qoyun oğruları yaxalandı
İsmayıllıda qoyun oğurlayan 4 nəfər saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, rayon sakininin həyətindən 3 baş xırdabuynuzlunun oğurlanması barədə daxil olan müraciət əsasında Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə qoyunları oğurlayan Amid Nurməmmədov və bir yeniyetmə oğlan saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər oğurladıqları heyvanları İsmayıllı rayon sakini Şəfaqət Hüseynova və Göyçay rayon sakini İlkin Kazımova satıblar. Şəfaqət Hüseynov və İlkin Kazımov həmin heyvanların cinayət yolu ilə əldə edildiyini bilə-bilə aldıqlarına görə, onlar da şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.