İsmayıllıda sərt karantin rejiminə nəzarət gücləndirilib

İsmayıllı rayonunda sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər görülür.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlarla maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər.

 

Sakinlərə zərurət yarandığı halda, yalnız SMS sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələri izah olunub. Qaydaları pozan şəxslər barədə tədbir görülüb.


Şahnəzər Bəşirov

 

Müəllif | Apa.Tv
Apa.tv