İsmayıllıda sərxoş sürücü avtomobili divara vurdu, dayısı öldü
İsmayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb. Nəticədə avtomobildə sərnişin qismində olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Şahnəzər Bəşirov
APA TV