İsmayıllıda yanmış kişi meyiti aşkarlandı

İsmayıllıda yanmış naməlum kişi meyiti tapılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Tubikənd kəndinin sakinləri yol kənarındakı kol-koslu sahədə naməlum kişi meyiti aşkar ediblər. Bu barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Polis və prokurorluq əməkdaşları əraziyə baxış keçirib. Yaşı təxminən 30-40 aralığında olan yanmış kişi meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Onun başqa yerdə qətlə yetirilərək yandırıldığı, meyitin sonradan həmin kolluq əraziyə atıldığı ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv