İsmayıllının icra nümayəndəsi barədə həbs qərarı verildi
Binəqədi rayon Məhkəməsində rüşvətdə ittiham olunan İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair prokurorluğun verdiyi təqdimata baxılıb.
APA TV-nin məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib və Məhərrəm Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.