İsrail səfiri məişət zorakılığı çəkən uşaqlarla görüşdü
İsrail səfiri xanımı ilə birgə qadın və uşaqlar üçün sığınacağa baş çəkib.
APA TV-nin xəbərinə görə, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.
Bildirilib ki, İsrailin Azərbaycandakı səfiri Cor Dik xanımı ilə birgə məişət zorakılığı yaşamış qadın və uşaqlar üçün sığınacağa baş çəkərək onların Novruz bayramını təbrik edib.