İstifadəsiz avtomobil təkərləri yanğına səbəb oldu - SUMQAYITDA

Sumqayıtda yanğın hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, yanğın şəhərin 17-ci mikrorayon ərazisində yerləşən istifadəsiz tikilidə qeydə alınıb.

 

Təkər tullantılarından başlayan yanğının miqyası qısa müddətdə genişlənərək digər yarımtikiliyə də keçib.

 

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Onların səyi nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Yanğının nədən baş verdiyi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv