İstixanada narkotik əkən Maştağa sakini yaxalandı

Maştağa qəsəbəsində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini Əliheydər Cavadov saxlanılıb.

 

Ona məxsus bağ evinin həyətindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 ədəd çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Əliheydər Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv