İtaliyada bir gündə koronavirusdan 793 nəfər ölüb

İtaliyada son sutka ərzində 793 nəfər koronavirusdan vəfat edib.

APA Tv-nin xəbərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4825-ə çatıb.

Son sutka ərzində 6557 nəfər virusa yoluxub. Ümumilikdə 53578 nəfər yeni növ koronavirus infeksiyasının (COVID-19) daşıyıcısıdır.

Müəllif | Apa.Tv
Apa.tv