İtaliyadakı Səfirliyimiz bu ölkədən qayıdan vətəndaşlarımıza müraciət edib

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

 

APA TV xəbər verir ki, Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına - Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surətini, viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surətini və telefon, e-mail və yaşadığı ünvan haqqında məlumatları təqdim etmələrini xahiş edir.

 

Müraciətdə qeyd edilib ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv