İçdiyimiz limonatlar bu cür antisanitar vəziyyətdə hazırlanır

 

 

 

Ağstafada qanunsuz fəaliyyət göstərən limonad və spirtli içkilərin istehsalı müəssisəsi aşkarlanıb

 

APA-TV xəbər verir ki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  əməkdaşları tərəfindən  bir müddət öncə Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Əli Arzu oğluna məxsus limonad və spirtli içkilərin istehsalı müəssisəsinə baxış keçirilib. Keçirilən yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olması halı aşkarlanıb. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

 

Lakin, təkrar baxış zamanı sahibkar tərəfindən həmin qərara riayət edilmədiyi və müəssisənin qeyri- qanuni yollarla fəaliyyət göstərdiyi məlum olub. 

 

 

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

Müəllif | Apa.Tv
Apa.tv