“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü
Bakıda ağır yol qəzası baş verib.
APA TV Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Xəlil Əsədli “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın maneəyə çırpılıb. Hadisə zamanı sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli vəfat edib.
Bildirilir ki, qəzaya uğrayan avtomobil Nurlan Mənsimliyə məxsus olub. Lakin həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.
Vəfat edən 28 yaşlı Nurlan Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.