İçkilərin tərkibində olan bu maddə dəhşətli xəstəliklər törədir
Natrium benzoat benzoy turşusunun natrium duzudur. Əsasən şirin qazlı içkilərin konservləşdirilməsində istifadə olunur. C vitamini olan məhsullarda istifadə edildikdə kanserogen benzolun meydana gəlməsinə səbəb olur. Bu da müəyyən xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Natrium benzoat maddəsi zərərli təsirlərinə görə hətta bəzi ölkələrdə qadağan olunub. Ölkəmizdə isə istifadəsi sərbəstdir və əksər içməli suların tərkibində bu maddəni görmək mümkündür. Ən çox satılan sərinləşdirici içkilərdən olan energetik içkilərin demək olar ki, hamısının tərkibində natrium benzoat var. Məsələ ilə də bağlı AQTA-ya müraciət edib mövqe öyrənməyə çalışdıq. Lakin bir həftədən çox keçməyinə baxmayaraq, heç bir açıqlama verilmədi. Qida eksperti Məhsəti Hüseynova bildirir ki, “E211” adı ilə də tanınan maddənin əsas zərərli cəhətlərindən biri sintetik tərkibli olmasıdır. Onun sözlərinə görə, sintetik olduğu üçün bir sıra ağır xəstəliklərə səbəb ola bilər. Bu maddənin zərərli təsirlərindən qorunmaq üçün mağazalardan içkilər alarkən tərkibinə baxmaq tövsiyə olunur. ORXAN ASLAN APA TV