İcra başçısının polis oğlu işdən çıxarıldı - 1 dəqiqə 10 xəbər

1. Vətəndaşı evindən lüt aparan Ağcabədi rayon icra başçısının oğlu, polis kapitanı Şəhriyar Hüseynov işdən çıxarılıb

 

2. Sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

3. Müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. vəziyyəti ağırdır

 

4. Azərbaycanda həftəsonu baş verən qəzalarda 10 nəfər ölüb.

 

5. Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir. 

 

6. Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

 

7. İngiltərə COVID pasportlardan imtina edib.

 

8. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gələcək.

 

9. Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb

 

10. Ramin Bayramlının istefa ərizəsi təsdiqlənib. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

Müəllif | Apa.Tv
Apa.tv