İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.

C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə dünyasını dəyişən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv