İDEA İB-nin sədri Leyla Əliyeva biomüxtəlifliyin qorunması ilə bağlı müzakirələrdə çıxış edib

COP29 çərçivəsində “Qlobal Liderlərin Dəyirmi Masa tədbiri: Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyətinin və Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması” mövzusunda sessiya keçirilib. Tədbirdə 2030-cu il iqlim, təbiət və dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bütün cəmiyyəti əhatə edən yanaşma həyata keçirən qlobal dövlət və qeyri-dövlət liderlərindən ibarət paneldə biomüxtəlifliyin dayanıqlılığını gücləndirmək üçün maliyyələşdirmə və investisiyaların artırılması strategiyaları və 30x30 hədəflərinə nail olmaq üçün dövlət-özəl tərəfdaşlıqlarının istifadəsi ətraflı müzakirə edilib. COP29 Prezidenti Muxtar Babayev tədbirdə çıxışı zamanı bildirib ki, innovativ strategiyalar biomüxtəlifliyin qorunması, bərpası və dayanıqlı idarə olunması üçün maliyyə və investisiyaların artırılmasını nəzərdə tutur. Qeyd olunub ki, təbiətə əsaslanan həllərə investisiya qoyaraq iqtisadi imkanları genişləndirmək, dayanıqlılığı gücləndirmək və dayanıqlı gələcək üçün təməl yaratmaq mümkündür. Daha sonra çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin daha çox fəaliyyətə yönələcəyi barədə müsbət hiss etdiyini vurğulayıb. O qeyd edib ki, təəccüblü görünsə də, bir zamanlar burada Asiya aslanı, Xəzər pələngi yaşayıb və lakin onlar nəsli kəsilmişlər siyahısına düşüblər. Leyla Əliyeva çıxışında 2011-ci ildə təbiəti bərpa etmək və qorumaq məqsədi ilə IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq təşkilatı yaradıldığı da bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyev tədbiriştirakçıların təbii fəlakətlərin planetdəki hər bir canlıya təsir etdiyini bildirib. O, xüsusi olaraq vurğulayıb ki, insanların təbiətə vurduğu zərər, elə insanların özlərinə də təsir edir.

Müəllif | Apa.Tv
Apa.tv