İdman müəlliminin evdə meyiti tapıldı
Salyanda idman müəllimi evdə ölü tapılıb.
Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisə rayonun Kürkənd kəndindəki evlərdən birində baş verib.
Belə ki, 32 yaşlı kinq-boksinq üzrə idman müəllimi Alışov Fərid Xalid oğlunun meyiti evdə tapılıb.
Fərid Alışovun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.