İki avtomobil toqquşdu - XƏSARƏT ALAN VAR
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2101 "ilə "Pirora" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"VAZ 2101 markalı maşın yarı bölünüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.