İki ay idi oğluna toy etmişdi, evi yandı - “Gəlinlərim qapılarda qalıb”
Ötən gün axşam saatlarında Qəbələnin Tikanlı kənd sakininin evi yanıb. Ümumi sahəsi 70 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bütün əşyaları ilə birgə yanan evdə altı nəfərlik ailə yaşayırdı. Ev sahibi Sənubər Rəhimova deyir ki, yanğın vaxtı onlar yas mərasimində olublar. Yanğında hər şeyini itirən Rəhimovlar indi kömək üçün kimə müraciət edəcəklərini bilmirlər. Evin hansı səbəblərdən yandığı aparılan ekspertrizadan sonra bəlli olacaq. Rəhimovların isə yatmağa belə yeri yoxdur. Pərişan halda olan ailənin indi onlara uzadılacaq bir yardım əlinə və dəstəyə ehtiyacları var. Yardım etmək istəyən şəxslər 4169738835118054 nömrəli kart hesabına pul göndərə bilərlər.
İlham Əhmədov, Taleh İbarhimov, APA TV