İki erməni əsgəri yaralandı: vəziyyətləri AĞIRDIR
Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ ərazisində ermənilərin qeyri-qanuni silahlı dəstəsinin iki hərbçisi ağır yaralanıb. APA TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, avqustun 8-də müqaviləli hərbi qulluqçular Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı silahdan yəni, detonatorlardan istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Xəbərdə o da qeyd olunub ki, yaralıların vəziyyəti ağırdır.