“İki ev əyilib, yağış ki, yağdı, torpaq evə girir” – sakinlər narazılıq etdi – APA TV

Astaranın dağ kəndində 15-ə yaxın ev təhlükə ilə üzləşib. Buna səbəb ərazidə iri həcmli torpaq sürüşməsinin baş verməsidir. Artıq bir neçə ailə öz evlərini tərk edib, qohumlarının evinə sığınıblar. Sakinlərin sözlərinə görə, yağıntıların intensivləşməsi ərazidəki aktivliyi daha da artırıb. Yerli ərazi icra nümayəndəliyindən bildirildi ki, məsələ ilə bağlı FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərini aqibəti ilə bağlı da qərar veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv