İki maşın toqquşub, 1 nəfər ölüb
Ağcabədi rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Rayon sakinləri Ayxan Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə İsa Cəfərovun idarə etdiyi "Lada" markalı avtomobil toqquşub. Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.