İki minik maşını toqquşdu, yaralılar var
Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə günorta saatlarında baş verib. Hərəkətdə olan “Vaz 2107” və “Kia” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “Vaz 2107” markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Sadiq Knyaz oğlu Azaxov və onun sərnişini, rayonun Top kənd sakini, 1975-ci il təvəllüdlü Mübariz Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.