İki oğlu şəhid oldu, əkiz övladları doğuldu

 Günlük Vətən müharibəsində Məmmədovların ailəsinin övladları Çingiz və Cavid şəhid olaraq şəhidlik zirvəsinə ucalıblar. Bu gün Məmmədovlar ailəsinin iki əkiz övladları dünaya gəlib. Daha ətraflı reportajımızda Vətən mübaribəsində iki oğlu şəhid olmuşdu indi isə əkiz övladları dünaya gəlib. Söhbət Şəmkir rayonun Yeniabad kənd sakini İlham Məmmədovdan gedir. 44 günlük vətən müharibəsinin şəhidi olan Çingiz və Cavid Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib. Şəhid anası deyir ki, dünya gələn körpələrini də Cavid və Çingizi kimi vətənpərvər böyüdəcəklər. Danışarkən göz yaşlarına hakim ola bilməyən Faya Məmmədovanın sözlərinə görə, əkiz övladaları bu gün onlara təsəlidir. Körpələrə Hüseyn və Zəhra adı verilib. Qeyd edək ki, şəhid Cavid Məmmədov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid Çingiz Məmmədov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb. Onların hər birinin iki övladı vətənə əmanət qalıb. Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Şəmkir

Müəllif | Apa.Tv
Apa.tv