İki otaqlı fərdi yaşayış evi yandı

Zaqatalada fərdi yaşayış evində yağın olub.

APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini Niyazi Makayevə məxsus ümumi sahəsi 45 kv/ m olan iki otaqdan ibarət fərdi yaşayış evi yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində otaqlardan birinin yanar konstruksiyaları və əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv