İki rayonun icra başçısı işdən çıxarıldı

İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Dövlət başçısının digər Sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev də Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv