İkin düşən şəxs asılı vəziyyətdə tapıldı

Lənkəranda 4 gündür itkin düşən şəxs, asılı vəziyyətdə  tapılıb.

APA TV - nin yerli bürosu xəbər verir ki, səhər saatlarında Lənkəran şəhər Mirsalayev 56 küçəsində yerləşən evdə, 56 yaşlı  Məmmədağa Əhmədov asılı vəziyyətdə tapılıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Yaxınlarının deməsinə görə Məmmədağa Əhmədovdan 4 gün olardı bir xəbər yox idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv