“İlan sancan adama da tibbi yardım edən yoxdur”
Xəstəxana var, amma həkim yoxdur. Görüntülər Daşkəsən rayonun ən ucqar kəndlərinindən biri olan Qabaqtəpədəndir. Hazırda həkimsizlik problemi ilə üzləşən olmayan tibb müəssəsi 60 ilə yaxındır ki, fəaliyyət göstərir. Tibb ocağı bir neçə il bundan əvvəl təmir olunub, bütün avadanlıqlarla təhciz edilib. 450- i nəfər yaşayan Qabaqtəpə kəndi rayon mərkəzindən 25-30km uzaqda yerləşir. Tibb ocağı Qabaqtəpə kənd ərazi nümayəndəliyinə tabe olan Devralı, Təzəkənd, Rəsullu, Pirverdilər və Tapan kəndinin sakinlərinə xidmət edir. Ancaq sözügedən kəndlərin sakinləri tibb məntəqəsinin xidmətlərindən yararlana bilmirlər. Çünki burada nə həkim, nə də tibbi bacısı tapmaq olur. Günün ikinci yarısında özünü tibb məntəqəsinin xadiməçisi kimi təqdim edən qadın qapını açıdı. Tibb məntəqəsinin yararsız iş rejimi barədə maraqlandıq. Kənd sakinkərinin sözlərinə görə bir müddətdir ki məntəqədə həkim yoxdur. Həkimin olmaması səbəbindən müayinə üçün rayon mərkəzi xəstəxanasına və ya Gəncə şəhərinə getmək məcburiyyətindədirlər. Bu da kənd sakinlərinin vaxt itkisi və əlavə xərcə düşməsi deməkdir. Daşkəsən rayon məkəzi xəstəxasından bildirildi ki, Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Qabaqtəpə Ailə Sağlamlıq Mərkəzində 8 ştat var. Hazırda məntəqədə bir tibb bacısı, beş kiçik tibb işçisi, bir təsərrüfat qardaşı fəaliyyət göstərir və bölmə müdiri, yəni həkim yeri vakantdır. Çəkiliş olduğu müddətdə 24 tibb bacısı peyvəndlə bağlı Daşkəsən Rayon Gigiyena Epidemiologiya Mərkəzinə çağırıldığı üçün iş yerində olmayıblar. 2021-ci ildən ailə sağlamlıq mərkəzi kimi fəaliyyət göstərən məntəqə əvvəl xəstəxana olub. Ailə sağlamlıq mərkəzi üçün lazım olan avadanlıqlar mövcuddur. Məlumat verildi ki, hazırda Daşkəsən rayonunda həkim çatışmazlığı var. Anlaşılan odur ki, bu çatışmazlığa görə Qabaqtəpə kənd sakinlərinin tibbi qayğıları hələ aktuallığını qoruyacaq. Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Daşkəsən