12:31 23 sentyabr 2022 121
Ana səhifə Xəbərlər

İldırım Nurayı vurub öldürəndə bacısı da yanında olub

Xəbər verdiyimiz kimi, Qazaxda ildırım üç azyaşlını vurub, onlardan biri vəfat edib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən azyaşlı 2011-ci il təvəllüdlü Osmanova Nuray Orxan qızıdır.

 

O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

 

Hadisə nəticəsində Nurayın 4-cü sinifdə oxuyan bacısı Ayan Osmanova ilə yanaşı, ondan bir sinif yuxarıda oxuyan xalası qızı Əfsanə Məmmədzadə də xəsarət alıb. 

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. Ayan Osmanovanın müalicəsi isə Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Qeyd edək ki, hər üç azyaşlı Qazaxın Birinci Şıxlı kənd orta məktəbin şagirdləri olub.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın