İldırım vuran təhsil ocağının dam örtüyü tamam yandı
Zaqatalada məktəb binasında yanğın qeydə alınıb. Rayonun Əliabad qəsəbəsində 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb Məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda bu təhsil ocağında 190 nəfər şagird təhsil alır. Araşdırma zamanı məlum olub ki, məktəbin dam örtüyünda baş verən yanğına binanın üstünə ildırım düşməsi səbəb olub.