İlham Əliyev ATƏT sədrinə Minsk Qrupunun ləğvinin vacibliyini xatırlatdı
“Müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı”. (bura MM çıxışı andiçşmədəki) Xatırladaq ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib. Ümumiyyətlə qeyd etmək lazımdır ki, 30 illik erməni işğalı dövründə icra olunmayan yalnız BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi deyildi. Heç bu şuranın 5 daimi üzvündən üçünün təmsil olunduğu ATƏT-in gorbagor Minsk Qrupu, onun həmsədrləri də üzərlərinə düşən vəzifəni icra etmirdilər. Vaxtaşırı XİN rəhbərləri ilə də formal masa ətrafında oturub müzakirələr aparır, indi həll olunmuş konflikti dondurmağa çalışırdılar. (BMT TŞ- ATƏT minsk qrupu kadrlar, köhnə görüçlər) Vaxtın uzadılması isə yalnız Ermənistan və onun separatçı layihəsinə sərf edirdi. Prezident İlham Əliyev fevralın 16-da Almaniyanın Münxen şəhərində ATƏT-in fəaliyyətdə olan sədri ilə görüş zamanı təşkilatın bu cür fəaliyyətsiz mexanizmlərinə diqqət çəkib. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. (Münhendəki İan Borq görüş) Xatırladaq ki, Prezident İlham Əliyev ATƏT Minsk Qrupunun fəaliyyətsizliyini hər zaman tənqid edib. (azad olunan torpaqlarda formada çıxışı) Çünki Minsk Qrupu boş və mənasıs səfərlər, monitorinq adı altında o vaxtkı status-kvonun qorunub saxlanılması istiqamətində fəaliyyətdən başqa bir iş görmürdü. Bu isə köhnə münaqişənin həlli yox, uzadılması idi. Amma güclü Azərbaycan ötən əsrin sonlarında işğal olunan torpaqlarının qəsbinə 21-ci yüzillikdə sumaq fikrində deyildi və belə də oldu. (II Qarabağ savaşı) Ölkə başçısının Minsk Qrupu haqqında tez-tez Bakıda səsləndirdiyi fikirləri Münhendə ATƏT sədri ilə görüşdə də vurğulaması Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların Avropa üçün xatırlatması idi. (İan Borq ilə görüçşdən) Hər halda erməni havadarları Prezidentin Xankəndidə səsvermədə iştirakı, Milli Məclisdəki nitqinə baxıblar. Prezident İlham Əliyev nitqində Xankəndidə səs verməsilə ilə bağlı bildirdi ki, orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Orxan Aslan, APA TV