İlham Əliyev Putinin müharibənin başa çatmasındakı rolundan danışdı

“Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var”.

 

APA TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada mətbuata bəyanatında bildirib.

 

Azərbaycanın sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu bir daha diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək”.

 

Müəllif | Apa.Tv
Apa.tv