İlham Əliyev Türkiyənin elektromobilini sifariş edən ilk lider oldu - APA TV
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli avtomobil zavodu olan “Togg”dan avtomobil sifariş edib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Yaxın günlərdə Türkiyənin yerli avtomobili “Togg”un istehsal ediləcəyi zavodun açılışı olub.
Qeyd edək ki, 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır.