İlin ilk doğulan uşaqları ilə bağlı AÇIQLAMA

Gəncədə 2022-ci ilin ilk uşaqları doğulub. Əkiz doğulan körpələr Gəncə Perinatal Mərkəzdə Dünyaya gəlib. Bərdə rayon Qarağaclı kənd sakini 31 yaşlı Gültəkin Kərimovanın dünyaya gətirdiyi körpələr oğlan uşaqlarıdır. Körpələr bu gecə saat 02-00 və 02-02 də dünyaya gəlib. Onların çəkisi 1 kq 900 və 1kq 600-  qramdır.

Gəncə şəhər Regional Perinatal Mərkəzinin həkimi Gülşən Qədimovanın sözlərinə görə, dünyaya gələn körpələr yarımçıq doğulduğu üçün küvəzdə saxlanılır: “33 həftəlik hamiləlik sonunda ana təcili qeysəriyə əməliyyatı olunub. Hər iki uşağın cinsi oğlandır. Uşaqlar yarımçıq doğulduğu üçün küvezdə saxlanılır. Oksigen dəstəyi alırlar, vəziyyətləri stabil, orta-ağır dəyərləndirilir”.

Qeyd edək ki ,əkiz körpələr Kərimovlar ailəsinin ilk övladlarıdır. Hazırda ananın da vəziyyəti də normaldır.

Fuad Nazimoğlu, Mehid Məmmədov, APA TV Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv