İlk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib

Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. konfransda Agentliyin icraçı direktoru Əhməd İsmayılov 2022-ci ildə görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən il MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb. Eyni zamanda  Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib.

Əhməd İsmayılov deyib ki, istinad hüququ pozulursa, Medianın İnkişaf Agentliyinə rəsmi müraciət edilməlidir.

Daha sonra konfransda MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Müəllif | Apa.Tv
Apa.tv