İlkin Süleymanovun məhkəməsində Nərminin gündəliyi oxunub

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə istintaqı davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Hakim sənədlərin elanı zamanı Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyevanın istintaqda dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğunu bildirib.

Nailə Quliyeva istintaq zamanı verdiyi ifadəsində itkin düşməzdən əvvəl Nərmini görmədiyini desə də, məhkəmədə dindirilən vaxt sonuncu gün Nərminin üzərində olan paltarları bir-bir sadalayıb.

Daha sonra məhkəmədə Nərmin Quliyevanın gündəliyi oxunub. Nərminin gündəliyində atasının böyük bacısını ondan çox istəməsi, ona daha çox diqqət göstərməsi qeyd olunub.

Növbəti proses iyunun 16-na təyin olunub.

Müəllif | Apa.Tv
Apa.tv