İmtahandan az bal topladı və evdən qaçdı: “Valideynlər çox basqı edir”

Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib. Qeyd edək ki, 17 yaşlı artıq evinə qayıdıb. Ümumiyyətlə bütün dünyada olduğu kimi Azərbaycanda da uğursuz nəticə əldə edən abituriyentlər stress yaşayırlar və bu durum bəzən yalnış qərarlarla yekunlaşır. Hətta özünəqəsd halları da yaşanıb. İmtahan uğursuzluğuna görə gənclərin bu tip addım atmasına səbəb nədir? Çünki bütün qərarlar depressiya ilə cərçivələnmir. Psixoloq bildirdi ki, imtahanın əvvəlində və sonrasında yaşanan təzyiq nəticəsində uşaqlar kəskin və stresli bir dövr yaşayır. Bu da abituriyentlərin bəzi cavabları unutmağına zəmin yaradır. Mütəxəssislər məsləhət görür ki, bu cür halların qarşısını almaq üçün uşaqların valideyn tərəfindən dəstəklənməsi çox vacibdir. Onların gələcək planları haqqında danışmaq və potensiallarına uyğun peşə seçimlərinə kömək etmək də tövsiyə olunur. Aygün Carçıyeva, Həzrət Bayramlı, APA TV

Müəllif | Apa.Tv
Apa.tv