İnsanlar Sumqayıt vağzalından təxliyə olundular – APA TV
Sumqayıt dəmir yolu vağzalında yanğın olub. Əraziyə üç yanğınsöndürmə maşını cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb. Hadisə nəticəsində Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.