“Instagram”dan yenilik – CANLI YAYIM İŞTİRAKÇILARIN SAYI ARTACAQ

“Instagram” əvvəllər 2 nəfərlə məhdudlaşan canlı yayım iştirakçı sayını 4-ə yüksəldən “Canlı Otaqlar” xüsusiyyətini istifadəyə verib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, yeni xüsusiyyətin bu həftə bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.

 

“Instagram” bu xüsusiyyətin insanları "tok-şou və ya podcast" açmağa və ya digər yaradıcılarla əməkdaşlıq etməyə təşviq edəcəyini söyləyib.

 

Bundan əlavə “Instagram”ın yeni əlavə xüsusiyyəti insanların yalnız səslə ünsiyyət qura biləcəyi və otaqlarda canlı söhbətlər apara biləcəyi “Clubhouse” ilə oxşarlığı diqqət çəkir.

Müəllif | Apa.Tv
Apa.tv