İqtisadiyyat nazirinin müavinindən beynəlxalq təşkilatlara çağırış - “Dəstək gözləyirik”

Bakıda BMT və Azərbaycan arasında “2021 - 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası ilə bağlı Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.

 

İclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, BMT ilə Çərçivə sənədi üzrə 2022-ci ildə layihələrin icrasına 25,4 milyon dollar xərclənib.

 

BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva isə qeyd edib ki, 2023-cü ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdə miqrasiya, səhiyyə, gender, qida, məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlərə baxılacaq.

 

Daha sonra nazir müavini bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirkləndirilməsi bərpa və yenidənqurma prosesini ləngidir. Bu səbəbdən qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi vacibdir.

 

Sahib Məmmədov əlavə edib ki, BMT ilə birgə həyata keçirilən layihə daha təhlükəsiz və dayanıqlı icmaların yenidən qurulmasına töhfə verməklə, sülhün və inkişafın bərqərar olmasına zəmin yaradacaq.

Müəllif | Apa.Tv
Apa.tv