İran Əfqanıstana hava zərbələri endirdi
İran Əfqanıstanın Zərənc şəhərində yerləşən hava limanına raket zərbələri endirib.
Bu barədə İran mediası məlumat yayıb.
Məlumatda İran PUA-larının sərhəd bölgəsində kəşfiyyat uçuşları həyata keçirdiyi, çox sayda Taliban qüvvəsinin yaralandığı bildirilir.
Qeyd edək ki, İran Prezidenti Rəisinin su problemi ilə bağlı Əfqanıstanı ittiham etməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub.